“Los-Anceles Leykers” komandasının əfsanəsi Kobi Brayantın “Medison Skver Qarden”də keçirdiyi oyun zamanı istifadə edilən top hərracda satılıb.
Bizim.Media xəbər verir ki, Nyu-Yorkda keçirilən qarşılaşmada basketbolçu 61 xal toplamışdı.
Top auksionda 66 152 dollara satılıb. Həmin görüş 2009-cu il fevralın 2-də baş tutmuşdu. Topun üzərində Kobi Brayantın avtoqrafı da var.
Xatırladaq ki, Brayant karyerası ərzində bir oyunda ən çox 81 xal toplayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media