Bu gün Tayland çempionatında 12-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” səfərdə "Muanq Tonq Yunayted"in qonağı olub.
Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb. Ramil Şeydayev meydana start heyətində çıxıb və fasilədə əvəzlənib. Hazırda “Buriram Yunayted” 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media