Azərbaycan millisinin forvardı Renat Dadaşov üçün "Hatayspor"un "Qrasshopper"lə danışıq aparması haqda xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, Superliqa klubu Dadaşovun transfer hüququna qışda sahib çıxmaq istəyir.
Bunun üçün isə, "Hatayspor" İsveçrə klubuna müəyyən məbləğ də təklif edib. Lakin hələ ki, "Qrasshopper" "Hatayspor"un istəyinə müsbət yanaşmayıb.
24 yaşlı hücumçunun Sürix klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. O, yayda Türkiyə klubuna icarəyə verilib.
Rəşad Rafiqoğlu, Bizim.Media