Noyabrın 3-də Azərbaycan Premyer Liqasının 12-ci turunun “Turan-Tovuz”la oyununda kəllə-beyin travması alan “Səbail”in kapitanı Ağabala Ramazanov reabilitasiya kursunu davam etdirir.
Bizim.Media xəbər verir ki, 30 yaşlı forvardın məşqlərə qayıtmasının vaxtı dəqiqləşib.
Onun yanvarın əvvəllərində komandanın qış toplanışına qatılacağı gözlənilir.
Qeyd edək ki, Ramazanov "Turan Tovuz"la matçın(2:1) ilk yarısında Faiq Hacıyevlə mübarizə zamanı zədələnmiş və yerini Rüfət Abdullazadəyə buraxmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media