Xəbər verdiyimiz kimi bu gün UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" qrupda əsas rəqibi olan "Molde" ilə Norveçdə qarşılaşır.
Bakı vaxtı ilə saat 00:00-da başlayan oyunda hesab açılıb.
Belə ki, Ağdam təmsilçisi oyunun 11-ci dəqiqəsində Olavio Juninyo rəqib qapısından topu keçirməyi bacarıb.
Qeyd edək ki, bu görüş 6 xalı olan hər iki komanda üçün qrupdan çıxmaq baxımından çox vacibdir. "Qarabağ" "Molde"yə qalib gələrsə, pley-offa vəsiqəni təmin edəcək. "Molde" isə pley-offa vəsiqəni rəsmiləşdirmək üçün Ağdam təmsilçisini 2 top fərqi ilə məğlub etməlidir.
"Qarabağ"la "Molde"nin qrupun ilk turunda Bakıda keçirdikləri matçında Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.
00:00."Molde" (Norveç) - "Qarabağ" (Azərbaycan) - 0:1 (Birinci hissə)
Qol: Olavio Juninyo, 11 (0:1)
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu