Fransanın "Lion" klubu baş məşqçisi Fabio Qrosso ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
İtaliyalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Fabio Qrosso bu ilin sentyabr ayında "Lion"un baş məşqçisi təyin olunmuşdu.
Bizim.Media