29 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 2 -ci turdan təxirə salınmış oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Sabah" və "NTD-İNDİQO" komandalarının qarşılaşdığı oyunda, "Sabah" 81-70 hesablı qələbə qazanıb.
Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 27 xal, 7 ribaund), "NTD-İNDİQO" (Qriffin Remmi - 13 xal, 9 asist)



Rəşad Rafiqoğlu, Bizim.Media