"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində "Molde" ilə keçiriləcək səfər oyunu üçün Norveçə yollanıb.
Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisini aparan təyyarə artıq yola düşüb.
Komanda bu axşam Norveçdə oyun öncəsi son məşqə çıxaracaq. Həmçinin, Bakı vaxtı ilə 22:00-da Qurbanovun mətbuat konfransı olacaq.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media