"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur zədələnib.
Bizim.Media Britaniya mətbuatına istinadən xəbər verir ki, 26 yalı yarımmüdafiəçi "Aston Villa" ilə son oyunda (1:2) sıradan çıxıb.
O, artıq tibbi müayinədən keçib. Müəyyənləşib ki, Rodriqo 2024-cü ilin fevralına qədər yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Rodriqo bu mövsüm London təmsilçisinin heyətində 4 oyuna çıxıb.
Bizim.Media