Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Molde" (Norveç) - "Qarabağ" görüşünün hakim təyinatları açıqlanıb.
Bizim.Media xəbər verir ki, görüşü Belçikadan olan Erik Lambrexts idarə edəcək.
Ona Co de Veyrdt və Kevin Monteni kömək olacaq.
Dördüncü hakim funksiyasını isə Natan Verbumen yerinə yetirəcək. VAR hakimləri isə Benoi Millo (Fransa) və Yan Boterberqdir (Belçika).
Qeyd edək ki, "Molde" - "Qarabağ" qarşılaşması noyabrn 30-da keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media