AFFA Canni De Byazinin gedişindən sonra Azərbaycan milli komandasının baş məşqçisi postu üçün axtarışlarını davam etdirir.
Bizim.Media xəbər verir ki, federasiya yığmanın "sükanı"ı arxasına tanınmış mütəxəssisi gətirə bilər.
AFFA türkiyəli məşqçi Şenol Günəşə təklif göndərməyə hazırlaşır. Bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Qeyd edək ki, Şenol Güneş son olaraq "Beşiktaş"ı çalışdırıb.
Rəşad Rafiqoğlu, Bizim.Media