“Qarabağ”ın futbolçusu Redon Cicanın “Ankaragücü”nün maraq dairəsində olması barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, albaniyalı hücumçu qışdan sonra da Ağdam klubunda qalacaq.
Amma Türkiyə klubu Cicadan imtina etməyəcək.
Belə ki, “Ankaragücü” ən pis halda yay transfer pəncərəsində Redonun keçidinə çalışacaq. 25 yaşlı forvard bu ilin yanvar ayında “Tirana”dan “Qarabağ”a keçib.
Qeyd edək ki, oyunçunun Azərbaycan çempionu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. “Şkendiya”nın yetirməsi olan forvard “Laçi”də də çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media