Baş məşqçi Adrian Mutunun “Neftçi”yə gətirdiyi futbolçuların ümidləri doğrultmaması baş məşqçinin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, artıq onlardan bəzilərinin komandadan gedəcəyi gözlənilir.
Həmin oyunçulardan biri də Mark Tamaşdır.
Macarıstanlı müdafiəçi böyük ehtimal qışda komandanı tərk edəcək. 30 yaşlı futbolçu indidən özünə komanda axtarışına başlayıb.
Artıq Tamaşla maraqlanan klub da var. Söhbət Türkiyə "Adanaspor"undan gedir. TFF 1-ci liqa təmsilçisi qışda oyunçunu heyətinə qatmaq istəyir.
Rəşad Rafiqoğlu, Bizim.Media