Azərbaycanlı atlet Nazim Babayev subaylığın daşını atıb.
Bizim.Media xəbər verir ki, bu gün 26 yaşlı Avropa çempionunun toyudur. O, bədii gimnast, hazırda isə məşqçi kimi çalışan Nərmin Cahangirova ilə ailə həyatı qurur. Toyda yeni evlənənlərin ailə üzləri, dostları, rəfiqələri və yaxınları iştirak edirlər.
Qeyd edək ki, Babayev üçtəkanla tullanmada Azərbaycan millisinin lideridir. O, Avropa çempionu olmaqla yanaşı, İslam Həmrəyliyi Oyunlarının və Universiadanın da qızıl medallarını qazanıb.
Cahangirova isə 2020-ci ilədək qrup hərəkətləri komandamızda yer alıb. O, Bolqarıstanda, İtaliyada və Polşada beynəlxalq turnirlərin mükafatçısı olub.
Allah xoşbəxt eləsin!

Rəşad Rafiqoğlu, Bizim.Media