Qazaxıstanın Karaqanda şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir başa çatıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi 5 ölkədən 200-dək idmançının qatıldığı yarışda 2 qızıl və 2 gümüş medal qazanıb.
Komandamızın heyətində Tamerlan Əlimzanov (57 kq) və İsmayıl Vəliyev (75 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yusif Bəylərovla (54 kq) Səftər Məmmədzadə (+80 kq) ikinci yeri tutublar. Azərbaycanlı hakim Asif Məmmədov isə yarışın ədalətli referisi seçilib.




Rəşad Rafiqoğlu, Bizim.Media