Azərbaycan Premyer Liqasında bu gün XIV tura yekun vurulacaq.
Bizim.Media xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Meydançaya ilk olaraq “Neftçi” çıxacaq. Premyer Liqanın bürünc mükafatçısı “Araz-Naxçıvan”ı qəbul edəcək. Adrian Mutunun kollektivi turnir cədvəlindəki qonşusunu qabaqlamaq üçün doğma azarkeşləri önündə qələbə qazanmalıdır.
Tura Sumqayıtda yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Zirə” ilə üz-üzə gələcək.
Rəşad Sadıqovun yetirmələri liderliyi davam etdirmək üçün bu qarşılaşmada da hesablarına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, “Sumqayıt” aradakı xal fərqini 3-ə endirəcək.
Bizim.Media