Xabi Alonsonun gələcək iş yeri ilə bağlı növbəti iddia ortaya atılıb.
Bizim.Media xəbər verir ki, bir müddət əvvəl onun mövsümün sonunda “Bayer-04”dən “Real”a yollanacağı haqda xəbər yayılmışdı.
İspaniyalı mütəxəssis bu iddianı təsdiqləməmişdi. İndi isə Alonsonun Almaniyada qalacağı iddia edilir. İspaniyada yayımlanan “El Chiringuito” proqramında çıxış edən jurnalist Xose Alvares gənc mütəxəssisin yayda “Bavariya”ya təyinat alacağını bildirib.
Yeri gəlmişkən, münhenliləri çalışdıran Tomas Tuxelin müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Rəşad Rafiqoğlu, Bizim.Media