24 noyabr Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 5 -ci turunun növbəti oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Xırdalan" və "NTD-INDIGO" komandalarının qarşılaşdığı oyunda, "NTD-INDIGO" 96-86 hesablı qələbə qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirib.
Ən məhsuldar basketbolçular: "Xırdalan" (Cakori Arçi - 24 xal, 8 ribaund), "NTD-INDIGO" (Cared Smol - 24 xal, 4 ribaund)
Qeyd edək ki, 5 -ci turun digər oyunları ("Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah", "Şəki" - "Xəzri") 25-26 noyabr tarixlərində baş tutacaq.


Rəşad Rafiqoğlu, Bizim.Media