Bu gün Misli Premyer Liqasında 14-cü tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk günündə bir görüş baş tutub. Son çempion “Qarabağ” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ın qonağı olub.
Ağdamlılar bu oyunda qalib gəlməklə vahid liderliyi ələ keçiriblər.
Misli Premyer Liqası
14-cü tur
24 noyabr
“Sabah” – “Qarabağ” 1:2
Qollar: Jesse Sekidika, 63 – Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 60.
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”, 20:00
Rəşad Rafiqoğlu, Bizim.Media