Azərbaycan Premyer Liqasında 14-cü tura start verilir.
Bizim.Media verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
"Sabah" öz meydanında "Qarabağ"ı qəbul edəcək. "Bank Respublika Arena"da keçiriləcək oyun saat 20:00-da start götürəcək. Turun digər görüşləri 25-26 noyabr tarixlərində keçiriləcək.
Azərbaycan Premyer Liqası
24 noyabr (cümə)
“Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”, 20:00.
Rəşad Rafiqoğlu, Bizim.Media