Gecə klubunda 23 yaşlı qıza təcavüz etməkdə təqsirləndirilən Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 9 il həbs oluna bilər.
Bizim.Media xəbər verir ki, prokuror məhkəmədən futbolçunun 9 il həbs edilməsini istəyib.
Həmçinin futbolçudan 150 min avro təzminat tələb olunur. Dani 6 aydır ki, nəzarət altında saxlanılır.
O, karyerası ərzində "Yuventus", "Barselona" və PSJ kimi klublarda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media