Kişi basketbolçulardan ibarət "Sabah" klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə sonuncu matçına çıxıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi VI turda Çexiyanın "Nimburk" klubunu qəbul edib.
Qarşılaşma qonaqların 97:89 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Sabah" qrupda keçirdiyi 6 oyunda 1 qələbə qazanıb, 5 dəfə isə məğlub olub. Beləliklə təmsilçimiz növbəti mərhələyə yüksələ bilməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media