PSJ "Benfika"dan icarəyə götürdüyü Qonsalu Ramuşu birdəfəlik alıb.
Bizim.Media klubun saytına istinadən xəbər verir ki, Paris təmsilçisi 22 yaşlı hücumçu ilə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.
Bu transfer üçün PSJ 65+15 milyon avro bonus ödəyəcək.
Qeyd edək ki, Ramuş bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 15 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media