Azərbaycan çempionu "Sabah" FIBA Avropa Kubokunda bu gün müntəzəm mövsümdə son matçına çıxacaq.
Bizim.Media xəbər verir ki, təmsilçimizin rəqibi Çexiyanın "Nimburk" klubudur. Bakı İdman Sarayında baş tutacaq matça 19:00-da start veriləcək.
Qeyd edək ki, "Sabah" 6 xalla qrupda sonuncudur. Təmsilçimiz ilk görüşündə "Nimburk"a səfərdə uduzmuşdu (61:95).
Rəşad Rafiqoğlu, Bizim.Media