Avro-2024-ün seçmə mərhələsinin 9-cu turunun ən yaxşı qolu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, Azərbaycan milli komandasının kapitanı Emin Mahmudovun İsveçlə matçda meydanın mərkəzindən rəqib qapısına vurduğu gol turun ən yaxşısı seçilib.
31 yaşlı yarımmüdafiəçinin qolu UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda hamını qabaqlayıb.
Qeyd edək ki, Azərbaycan milli komandası Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada İsveçi 3:0 hesabı ilə məğlub etmişdi.
Rəşad Rafiqoğlu, Bizim.Media