Sabah - noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.
Saat 10:00-da AFFA-nın inzibatı binasında başlayacaq iclasın gündəliyinə bir məsələ daxildir:
Belə ki, iclasda Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin hesabatı və müqavilə müddətinin artırlıb-artırılmaması məsələsinə aydınlıq gələcək.
Rəşad Rafiqoğlu, Bizim.Media