“Qarabağ”ın əsas legionerlərindən olan Abdulla Zubirə xarici klubların marağı getdikcə artır.
Bizim.Media xəbər verir ki, Türkiyə və Fransa klublartından ciddi təkliflər alan təcrübəli yarımmüdafiəçi hələ gələcək karyerası ilə bağlı yekun qərarı verməyib.
Ağdam klubu isə Zubiri saxlamaq istəyir. Artıq rəhbərlik futbolçu ilə danışıqlara başlayıb. Razılıq əldə olunsa, Fransa vətəndaşlığı olan futbolçu yeni 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 2018-ci ildə “Qarabağ”ın şərəfini qoruyan Abdulla Zubirin klubla müqaviləsi gələn ilin iyun ayında başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media