Jurnalistləri təhqir edən De Byaziyə SƏRT CAVAB: “Nə məşqçidir, nə də adam...”

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçikaya uduzduqdan sonra (0:5) mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib. İtaliyalı mütəxəssis ona verilən “Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsız?” sualını belə cavablandırıb: 

“Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar “FIAT 500” ilə “Ferrari”yə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər”. Canni tərcüməçisindən xahiş edib ki, həmin fikirləri tərcümə etsin və belçikalı jurnalistlər də bunu başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib. 

Maraqlıdır, biabırçı məğlubiyyətdən sonra De Byaziyə jurnalistləri təhqir etmə cəsarətini kim verib? 

Bizim.Media-nın əməkdaşı mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

AFFA-nın baş katibi De Byaziyə görə jurnalistlərdən üzr istədi


Telejurnalist, idman eksperti Ceyhun Rzayev bu fikirləri səsləndirib:

“De Byazinin məşqçiliyi başına dəysin, adamlığı da yox imiş. İtaliyalı bitmiş məşqçidir. Azərbaycan millisinin sükanı arxasına keçəndə onun təbirincə desək, bizdə “Ferrari” potensialı görmüşdü? Artıq ikinci dəfədir ki, tənqidi və haqlı suallara görə mətbuat konfransını azyaşlı uşaqlar kimi küsüb tərk edir. Nə məşqçidir, nə də adam”.

Görəsən, De Byazi hüquqi məsuliyyət daşıyırmı?

Hüquqşünas Elcan Həsənli qeyd edib ki, bu məsələ Cinayət Məcəlləsinin 147 (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə tənzimlənir: 

“Jurnalistlərin şərəf və ləyaqətini alçatması iddiası ilə mətbuat konfransında iştirak edən bir şəxs De Byazini məhkəməyə verə bilər. Ancaq məhkəmədə ingilis dilində istifadə olunan “axmaq” sözünün həqiqi mənası sübut olunmalıdır ki, bu, təhqirdir. Bunu ekspert müəyyənləşdirir. 

Sübut olunduğu təqdirdə ya rəsmi formada De Byazi üzr istəyə bilər, ya da məhkəmə italiyan mütəxəssisə maddi cəza kəsə bilər. Ən doğrusu odur ki, bütün idman jurnalistlərindən rəsmi formada üzr istəməsi tələb olunsun”.
Xatırladaq ki, AFFA-nın baş katibi Sərxan Hacıyev Canni De Byazinin sözlərinə görə jurnalistlərdən üzr istəyib.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

BMT xəbərdarlıq edir: 45 milyonadək insan aclıq həddinə çata bilər

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

Bakıda əmlak bazarı çökdü: Bu ərazilərdə evlərin qiyməti kəskin düşdü

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

"Real Madrid" azarkeşlərinə müjdə: Yeni müqavilə imzalanacaq - FOTO

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Kemeron Diaz həyat yoldaşı ilə görüntüləndi - Foto

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycan Gürcüstandan gübrə tədarükünü artırdı

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

Azərbaycanlı gənc nüfuzlu Stanford Universitetinin tələbəsi oldu

“Bizə hörmətlə yanaşın”

“Bizə hörmətlə yanaşın”

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

NASA-nın Ay missiyasında rekord: Ekipaj Yer kürəsindən ən uzaq məsafəyə çıxdı – VİDEO

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Lerik sakinlərinin NƏZƏRİNƏ: Aprelin 7-də saat 10:00-dan 13:00-dək…

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Tramp: “Hörmüz boğazında gəmiçiliyin bərpası prioritetdir”

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Bakının bu ərazilərində söküntü olacaq – SİYAHI

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Azərbaycan və Türkiyənin tanınmış şəxsləri futbol oynadı - VİDEO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Ofelyanın ailəsi ilə bağlı PİS XƏBƏR - FOTO

Nazirlər Kabinetindən VACİB QƏRAR

Nazirlər Kabinetindən VACİB QƏRAR

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN!

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

İranın ən böyük uran emalı müəssisələrindən biri BOMBALANDI

Amerikada lotoreyada pul udubmuş - Video

Amerikada lotoreyada pul udubmuş - Video

İşıq, su və qaza borcu olanların nəzərinə

İşıq, su və qaza borcu olanların nəzərinə

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

İran şərtini açıqladı: Müharibə yalnız bu halda bitəcək

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Lalə Azərtaş anasına təntənəli ad günü keçirdi - EKSKLÜZİV GÖRÜNTÜLƏR

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

Biləsuvarda 41 yaşlı qadının meyiti TAPILDI

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO

Ayın əks tərəfinin FOTOSU

Ayın əks tərəfinin FOTOSU

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

Səhv qərar verən Əliyar Ağayev cəzalandırıldı

End of content

No more pages to load

RADİO