Xəbər verdiyimiz kimi, Belçika və Azərbaycan milli komandaları arasında AVRO-2024-ün seçmə mərhələsinin sonuncu tur oyunu başlayıb. Oyundan öncə Azərbaycan himni yalnış səsləndirilib.
Bizim.Media xəbər verir ki, səhv aradan qaldırıldıqdan sonra matça start verilib.
Görüşü macarıstanlı FIFA referisi Gerqo Boqar idarə edir.
Xatırladaq ki, meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb. Qrupun digər matçında İsveç doğma azarkeşlər önündə Estoniya ilə üz-üzə gəlir.
Bizim.Media