“Qarabağ” qış fasiləsində hazırlığı Azərbaycanda keçirəcək.
Bizim.Media xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Qurban Qurbanov verib.
Həmişə dövrələrarası və mövsümlərarası fasilə zamanı ölkə xaricinə üz tutan Ağdam klubu bu dəfə Bakıdan kənara çıxmayacaq.
Kollektiv Suraxanıda yerləşən bazasında məskunlaşacaq və 1-2 yoxlama görüşündə qüvvəsini sınamaqla kifayətlənəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media