Türkiyənin Antalya şəhərində aerobika gimnastikası üzrə Avropa çempionatı start götürüb.
Bizim.Media xəbər verir ki, Azərbaycan yığması turnirdə uğurlu çıxış edir.
Azərbaycan akrobatı Vladimir Dolmatov 13-cü Avropa çempionatında fərdi proqramda finala vəsiqə qazanıb.
Qeyd edək ki, komandamız turnirdə 8 akrobatla təmsil olunur.
Rəşad Rafiqoğlu, Bizim.Media