"Neftçi” Rusiyanın “Zenit”lə abah keçirəcəyi yoldaşlıq görüşünə hazırlığı davam etdirir.
Bizim.Media xəbər verir ki, komanda üzvlərindən qapıçı Emil Balayev müalicəsini davam etdirir.
Qara Qarayev isə komanda ilə qısmən məşq edir. Yarımmüdafiəçi gələn həftədən tam olaraq komanda ilə məşqlərə qoşulacaq.
Digər zədəlilər – yarımmüdafiəçi Filip Ozobiç və qapıçı İvan Brkiçin müalicələri davam edir. Onlar gələn həftədən fərdi məşq etməyə başlayacaqlar.
Qeyd edək ki, “Neftçi” – “Zenit” oyunu noyabrın 18-i saat 21:00-da “Neftçi Arena”da keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media