Azərbaycan gimnastı Aleksey Karataşov Böyük Britaniyanın Birmingem şəhərində keçirilən 30-cu dünya yaş qruplarında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, o, tamblinq üzrə yarışda 3-cü yeri tutub.
Qeyd edək ki, milli komandamız noyabrın 19-dək davam edəcək mötəbər turnirdə tamblinq növündə 3 gimnastla (Aleksey Karataşov, Bilal Qurbanov, Hüseyn Əsədullayev) təmsil olunub.

Rəşad Rafiqoğlu, Bizim.Media