Argentina və Braziliya yığmaları DÇ-2026-nın seçmə mərhələsinin Cənubi Amerika zonasının V turunda məğlub olublar.
Bizim.Media xəbər verir ki, son dünya çempionu öz meydanında Uruqvaya, “pentakampeonlar” isə səfərdə Kolumbiyaya uduzublar.
Boliviya – Peru 2:0, Venesuela – Ekvador 0:0, Argentina – Uruqvay 0:2, Kolumbiya – Braziliya 2:1, Çili – Paraqvay 0:0.
Bu nəticələrdən sonra argentinalılar 12 xalla liderliyi qorusalar da, ikinci pillədəki Uruqvay fərqi 2 xala endirib. Kolumbiya 9 xalla üçüncü yerə yüksəlib. Hesabında 7 xal olan Braziliya isə beşinci pilləyə düşüb.
Bizim.Media