15 yaşlı hücumçu Françesko Kamarda "Milan"ın əsas komandasına çağırıla bilər.
Bizim.Media "Tuttosport"a istinadən xəbər verir ki, klubun məşqçisi Stefano Pioli Olivye Jirunun 2 oyunluq cəzası və əsas komandada zədə problemi olduğu üçün bu variantı nəzərdən keçirir.
Bu ilin martında Kamardanın 15 yaşı tamam olub Bu mövsüm o, "Milan"ın gənclər komandasında 12 oyuna çıxıb, 7 qol vurub və 1 qolun ötürməsini verib.
Bizim.Media