Noyabrın 16-da futbol üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Bizim.Media xəbər verir ki, komandamız doğma meydanda İsveç millisi ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək matça maraq azdır.
Belə ki, biletlər satışa çıxarılandan bəri cəmi 3120 bilet əldə olunub ki, bunun da cəmi 1000 bileti azarkeşlər tərəfindən əldə edilib. Qalan biletlər isə dəvətnamə kimi verilib.
Qeyd edək ki, Azərbaycan-İsveç matçı saat 21:00-da başlayacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media