“Sabah”ın futbolçusu Davit Volkov və "Qarabağ"ın qapıçısı Gürcüstan millisinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federiyasının saytı məlumat yayıb.
28 yaşlı hücumçu və 24 yaşlı qolkiper Avro-2024-ün seçmə mərhələsində noyabrın 16-ı Şotlandiya, noyabrın 19-u İspaniya ilə oyunlar üçün yığmaya dəvət alıb.
Qeyd edək ki, Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin A qrupunda 7 xalla 4-cüdür.
Bizim.Media