Zidanın ABŞ-da Messi ilə MARAQLI DİALOQU - VİDEO

Əfsanəvi futbolçu Zinəddin Zidan ABŞ-yə gedərək “İnter Mayami” klubunda çıxış edən argentinalı ulduz Lionel Messi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, onlar kameralar önündə dialoq aparıblar.

Zidan və Messi arasındakı bu söhbət dünya futbol gündəmini zəbt edib. İki ulduz keçmişdə baş verənlərdən danışıb və bir-birləri haqqında fikirlərini açıqlayıblar. 

Zidan: “Burada olmaq yuxu kimidir. Təəssüf ki, biz birlikdə oynaya bilməmişik. Gətirdiyim bu topu sənə ötürürəm. Uzun yol qət etmişəm. Səninlə futbol barədə söhbət etmək gözəldir. İnsanların əksəriyyəti bunu arzulayır”. 

Messi: “Bilirsən ki, sənə heyranam. Birlikdə oturmaqdan qürur duyuram. Biz birlikdə oynamasaq da, rəqib olaraq meydanda qarşılaşmışıq. Sən futbolçu olanda da, məşqçi olanda da üz-üzə gəlmişik”. 

Daha sonra Lionel Messi geydiyi 10 nömrəli forma haqqında fikirlərini deyib: “Biz argentinalılar üçün 10 nömrə xüsusidir. Çünki bu nömrəli formanı görəndə ağlına ilk olaraq əfsanəvi futbolçumuz Dieqo Armando Maradona gəlir. Xəyalımız onun etdiklərini təkrarlamaqdır”. 

Daha sonra Zidan Messidən uşaqlarının futbol oynayıb-oynamadığını soruşub.

Zidan: “Məncə, sənin uşaqların 10 nömrəni sevir”. 

Messi: “Onlar hələ çox balacadır. Topla dribinliq etməyi sevirlər. Adətən uşaq ikən hücumda oynamaq barədə düşünürsən, qol vurub sevinirsən, onlar da elədir. Uşaqlarım bütün günü topla oynayırlar”. 

Zidan isə öz kumiri barədə danışıb: “Mənim kumirim uruqvaylı futbolçu Enzo Françeskolidir. Oğlanlarımdan birinə də onun şərəfinə Enzo adını vermişəm. Uruqvaylı əfsanə “Marsel”də oynayarkən ondan zövq alırdım”. 

Fransalı əfsanə Messiyə “Nəyi daha üstün tutardın, UEFA Çempionlar Liqasında, yoxsa dünya çempionatında qol vurmağı” deyə sual ünvanlayıb. 

Messi isə bu cür cavab verib: “Təbii ki, hər ikisi önəmlidir. Amma dünya çempionatının bir ağırlığı var”. 

Zidan: "Elə bir oyun var ki, onu yenidən oynamaq istəyirsən?".

Messi: “Əvvəllər də demişəm ki, həyatda nə olubsa, deməli olmalı imiş. Heç bir şey üçün peşman deyiləm. Xoşbəxt anlar yaşadığım üçün şanslıyam. Lakin bəzən hədəfə çatmadığım anlara üzülmüşəm. Düzdür, dünya çempionu oldum, amma yenə də 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının finalını yenidən oynamaq istərdim”.

Dialoqun tam versiyasını videodan izləyə bilərsiniz:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

ABŞ Hörmüz boğazının minalardan təmizlənməsi üçün sualtı aparatlar tətbiq edəcək

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

Orban seçkilərdə qalib gəlsə, Ukrayna vəd edilən 90 milyard avronu alacaqmı?

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

“Traktor” Səudiyyə Ərəbistanına yollandı

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

"Sənətkarların hamısı Bakıda doğulub, göydən düşüb?" - VİDEO

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

Z nəsli spirtli içkilərə niyə MARAQ GÖSTƏRMİR?

SEPAH Trampa xəbərdarlıq etdi

SEPAH Trampa xəbərdarlıq etdi

“Sabah” Türkiyə klubuna qalib gəldi

“Sabah” Türkiyə klubuna qalib gəldi

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

Ayanın 42 min dollarlıq ad günü hədiyyəsi - FOTO

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

ABŞ Prezidenti: İran heç vaxt nüvə silahına sahib olmayacaq

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

Azərbaycanlı müğənniyə ağır itki - FOTO

İsraildə bayram tədbirləri ləğv edilir

İsraildə bayram tədbirləri ləğv edilir

İsrail yenidən müharibəyə hazırlaşır

İsrail yenidən müharibəyə hazırlaşır

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

Tramp: “Hörmüzdən keçid üçün ödəniş edən gəmilər saxlanılacaq”

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

"Qəbələ" öz meydanında "İmişli"yə uduzdu - VİDEO

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Sürücülərin NƏZƏRİNƏ: Bakıda bu yol 2 gün bağlı olacaq

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Tovuzda evdə yağın: Köməksiz qalan şəxs təxliyə olundu - FOTO

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Ağcabədidə toy mərasimində gənc oğlan vəfat edib

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Putinin Valdaydakı iqamətgahı ətrafında daha 7 HHM qülləsi yerləşdirildi

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO

Putin Pezeşkianla telefonla danışdı

Putin Pezeşkianla telefonla danışdı

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Elvin Nərimandan Messiyə salam göndərdi - VİDEO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Bu gün Nic qəsəbəsi qonaq-qaralı olub - FOTO

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

End of content

No more pages to load

RADİO