İsveç çempionatında 30-cu turun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Musa Qurbanlının komandası “Yurqorden” səfərdə “Kalmar”la qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Musa oyunun 76-cı dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Yurqorden” hazırda 50 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media