Türkiyə Super Liqasında 12-ci turun oyunları davam edir.
Bizim.Media xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Qalatasaray"ı qəbul edib.
Qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib.
Xallarını 17-yə yüksəldən "Hatayspor" turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media