Gəncənin “Kəpəz” futbol klubunda istefa vermiş baş məşqçi Azər Məmmədovun yerinə yeni təyinat nəzərdə tutulur.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, klub rəhbərliyi tanınmış mütəxəssis Adil Şükürovla razılığa gəlib.
Komandadan bildirilib ki, dünən tərəflər arasında ilkin razılıq əldə olunub. Bu gün axşam saatlarında növbəti görüşdən sonra Adil Şükürovla müqavilə bağlanacağı gözlənilir.
Hələlik detallar barədə ictimaiyyətə məlumat verilmir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu