Avropa çempionatının (EUROBASKET 2025) seçmə mərhələ oyunları çərçivəsində Litvaya yollanmış qadınlardan ibarət millimiz artıq paytaxt Vilnüs şəhərindədir.
Bizim.Media xəbər verir ki, Türkiyəli mütəxəssis Evren Alkayanın başçılıq etdiyi yığmamız, qrupdakı ilk görüşünü yerli Litva millisinə qarşı keçirəcək.
Yığma komandamız oyunun baş tutacağı "JEEP" arenada artıq ilk məşqinidə reallaşdırıb.
Qeyd edək ki, oyun 9 noyabr Bakı vaxtı ilə saat 21:30 -da start götürəcək və FIBA -nin rəsmi youtube kanalı ilə canlı yayımlanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media