Qurban Qurbanov: "Dedim ki, 100 manat bonus olacaq"

"Bizim üçün çox vacib qələbə idi. Bəzi fikirlərimiz var idi ki, meydanda onlardan istifadə etməyi çox istəyirdik. Çox olmasa da, alınan epizodlar oldu. Son vaxtlar komandada psixoloji gərginlik var idi. Amma toparlana bilmişik. Komandamı təbrik edirəm. Azərə və "Kəpəz"ə uğurlar arzulayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 12-ci turunda “Kəpəz”i 7:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.  

Mütəxəssis Andrey Lunyov və Mateusun "Bayer"ə qarşı oynamaq ehtimalı barədə bunları söyləyib: “Mateus tam hazır olmayacaq. “23 lük”də yer ala bilər. Amma Lunyovun hazır olma ehtimalı çoxdur. Sabahdan komanda ilə birgə məşqlərə başlayacaq. Görək həkimlər nə deyəcək”. 

Qurbanov Azərbaycanın ən titullu klublarından olan "Kəpəz"in hazırkı durumuna da toxunub:

“Turnir cədvəlinə baxanda, əlbəttə, “Kəpəz”in durumu xoş deyil. Amma futbolda belə nəticələr olur. Sadəcə bundan sonra uğurlu oynasalar, hər şey tam əksinə ola bilər. Azərə inanıram. Tez bir zamanda Allah qoysa, yaxşı nəticələr əldə etməsi gözlənilir. Çünki böyükhesablı qələbəyə baxmayaraq, ilk oyunda onlarla 1:1 oynamışdıq, onlar "Neftçi"yə qalib gəlmişdilər, "Sabah"la bərabərə qalmışdılar. Çempionatın əsas çempionluq uğrunda oynayan komandadan xal alıblar.

Deməli, “Kəpəz”in potensialı var. Hazırda uğursuzluq zolağındadırlar. Bu vəziyyətdən çıxacaqlar”. 

Q.Qurbanov karyerasında ilk dəfə het-trik edən Yassin Benziadan da söz açıb:

“Futbolçu nə qədər çox qol vursa, assist etsə, özünə inamı artır, həvəslənir. Bura gələnə qədər onun söhbəti oldu. Futbolçular dedi ki, Benzia ilk dəfə het-trik etdi. Mən də dedim ki, 100 manat bonus olacaq. Güldülər. Sevindirici haldır. Benzia təcrübəlidir. Yaxşı formaya düşməsi üçün qolların ona faydası olacaq”.  

O, bu mövsüm komandasında zədəli futbolçuların çoxluq təşkil etməsinin xüsusi səbəbi olmadığını bildirib: “Sadəcə yüklənmələr çoxdur. Hansısa futbolçu dözür, hansısa yox. Bu mövsüm ciddi zədə Marko Veşoviçdə olub. Digər zədəlilərimiz qaydasına düşür. Mateus da sabahdan komandaya qoşulacaq.

Futbolun silinməyən qaydalarıdır bu. Zədə ya hazırlıqsızlıqdan olur, ya da yüklənmədən. Birinciyə görə olsaydı, narahat olardım. Amma yükləmələrdəndir. İşimizi daha da ehtiyatlı tutmalıyıq. Bəzən risklərə də gedirik”. 

Qurban Qurbanov qarşıdakı "Bayer"lə matç barədə də danışıb:

“Güc olaraq "Bayer" bizdən çox yuxarıdadır. Klub olaraq çox ciddi addımlar atıblar. Nəticəsini də görürlər. Dəfələrlə istəmişik ki, belə rəqiblərə qarşı yaxşı oynayaq. Bizim də buna şansımız var. Bakıda doğma stadionumuzda oradakından daha yaxşı oynamağa çalışacağıq.

Bu cür komandalar istənilən matça nəticəni təmin etsələr də, onlar tam ciddi yanaşırlar. Bizi ciddi oyun gözləyir. Çox istəyirik ki, bu rəqibə qarşı daha aktiv, daha yaxşı oyun göstərək. Oyunçularıma inanıram ki, səfərdəkindən daha daha yaxşısını burada edəcəyik”. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Seda Sayan: "Bu corabı mənə Beyons göndərib" - VİDEO

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

End of content

No more pages to load

RADİO