Türkiyə Superliqasında 11-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
"Qalatasaray" "Kasımpaşa"nı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qalatasaray" - "Kasımpaşa" - 2:1
Qollar: Zaha, 33 (1:0), 51 (2:0), Omeruo, 54 (2:1)
Bu qələbə ilə xalını 31-ə (11 oyun) çatdıran İstanbul təmsilçisi turnir cədvəlində 1-ci pilləyə yüksəlib. 10 oyundan 30 xalı olan "Fənərbaxça" noyabrın 4-ü "Trabzonspor"a qalib gəlsə yenidən liderliyi bərpa edəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media