"Mançester Yunayted" ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, Karlos Kasemiro sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Braziliyalı futbolçu İngiltərə Kubokunun "Nyukasl"la matçındaq dizindən zədələnib. 31 yaşlı yarımmüdafiəçininbir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Kasemiro bu mövsüm "Mançester Yunayted"in heyətində 12 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizim.Media