Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun növbəti oyunu baş tutub.
Bizim.Media xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində baş tutan oyunun ilk turunda məğlub olmuş "Sumqayıt" "Xırdalan" klubu ilə qarşılaşıb.
Əlavə vaxtın oynandığı oyunun yekununda "Xırdalan" 81:77 hesablı çətin qələbə qazanıb.
İkinci turun digər oyunları ("Cəlilabad" - "Neftçi", "Şəki" - "Sərhədçi") 4 və 5 noyabr tarixlərində baş tutacaq. Turun "NTD-INDIGO" - "Sabah" oyunu Xaçmaz təmsilçisinin rəsmi müraciəti əsasında irəli bir tarixə qədər təxirə salınıb.




Bizim.Media