Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start veriləcək.
Bizim.Media xəbər verir ki, “Zəfər turu”nun açılış matçında "Səbail" "Turan Tovuz"u qəbul edəcək.
"ASCO Arena"da reallaşan qarşılaşma saat 19:00-da başlayacaq. Paytaxt təmsilçisi 18 xalla 4-cü, Tovuz klubu 15 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, XII turun digər görüşləri noyabrın 4-5-də gerçəkləşəcək.
Bizim.Media