Noyabrın 18-də keçiriləcək “Neftçi” - “Zenit” oyununun başlama saatı və məkanı açıqlanıb.
Bizim.Media "Neftçi"nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Rusiya klubu ilə yoxlama görüşü “Neftçi Arena”da keçiriləcək.
Qarşılaşma saat 21:00-da başlayacaq.
Matçın biletlərinin tezliklə satışa çıxarılacağı bildirilib.
Bizim.Meda