"Real" futbolçusu Vinisius Junior ilə müqaviləsini uzadıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər 2027-ci ilədək müqavilə imzalayıblar.
Bundan əvvəl mətbuatda Vinisiusun yeni müqaviləsində maaşın artırılmasının da nəzərdə tutulduğu yazılmışdı.
Xatırladaq ki, Vinisius 2018-ci ildə “Flamenqo”dan 35 milyon avroya “Real”a keçib. Oyunçunun klubla əvvəlki müqaviləsi 2024-cü ilin iyun ayına kimi qüvvədə idi.
"Transfermarkt" internet portalının məlumatına görə, futbolçunun bazar dəyəri 150 milyon avrodur. Bu mövsüm braziliyalı vinger bütün turnirlərdə 10 matçda iştirak edib, 3 qol vurub və 3 qolun ötürməsini edib.
Bizim.Media