Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final mərhələsində "Əl Feyha" - "Əl-İttihad" matçı keçirilib.
Bizim.Media xəbər verir ki, görüşdə "Əl-İttihad" rəqibini 3:0 hesabı ilə məğlub edib və 1/4 finala adlayıb.
Qonaqların qollarına Abderazzak Hamdallah (dubl) və Kərim Benzema imza atıb.
Benzema bütün yarışlarda klubun heyətində son 8 matçda 6-cı qolunu vurub.
Bizim.Media